KepezTV Player
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib. Qanlı olay rayonun Düzyurd kəndində qeydə alınıb. 37 yaşlı Anar Məhərrəmov bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Düzyurd kənd sakini 39 yaşlı Elməddin Şamilov Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şamilov ilkin dindirilmə zamanı hadisəni şəxsi münasibətlər zəminində törətdiyini deyib. Faktla bağlı araşdırma davam edir.
- Baxış: 1277