Bir yoxsul qürbətdə şah olsa əgər, hər axşam o vətən deyib ah çəkər. Bəli, Vətən həm ah, həm də aman yerimizdir. Bu əmanət üçün çox aman-zaman oğullar dünyadan köçdü, həm də of belə demədən. Yarımcan olanlar da az olmadı. Ölümün cəngindən yaxa qurtarıb, Vətənin zəfər təntənəsinə canlı şahidlik edənlər. Bu dəfə qazi Ceyhun Əliyevdən sujet hazırlamışıq. Gəlin onun döyüş yoluna bir yerdə nəzər salaq.
Əslən Daşkəsəndən olan Ceyhun Əliyev 11 ildir hərbiçidir. Zabit olan qazimiz Murov Dağ istiqamətində gedən döyüşlərdə cəsurluq və igidlik nümayiş etdirərək qəhrəmanlıq göstərib. Hazırda ürəyinin üstündə güllə olan, sol qolunu işlədə bilməyən igidimiz döyüş yolunu belə xatırlayır.
Ceyhun Əliyev bu gün qürurludur. Tezliklə sağlamlığına qovuşub əzəli torpaqlarımızı gəzməyə getmək istəyir. Bütün şəhid ailələrinin qarşısında isə baş əyir.
Ceyhun Əliyevin özündən başqa bir qardaşı da var. Tural Əliyevdə Hərbiçidir və vətənin keşiyində durur. Valideynləri isə haqqlı olaraq övladları ilə qürur duyurlar.
Ceyhun Əliyevin döyüşdə göstərdiyi igidliklər, "Döyüşdə fərqlənməyə görə","Kəlbəcərin azad olunmasına görə" medalları ilə qiymətləndirilib. Vətənin igid oğulları, siz sağ olduqca vətənimiz daim var olacaq.
Nərgiz Əhmədqızı
- Baxış: 319