Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Eləcə də ötən ərsin əvvələrindən Azərbaycanın istiqlal mücadiləsinə dəstək olan türk komandan Nuru Paşa da yad edilib.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Gəncədə ikinci Qarabağ müharibəsinin qəhrəmanlarının xatirəsini yad edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin rəsmiləri ilə birgə Şəhidlər Xiyabanı ziyarət edilərək vətənin azadlığı uğrunda canlarından keçənlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Eləcə də qəhrəmanların ailələri də ziyarət edilərək onların qayğıları ilə maraqlanılıb. Şəhidlərin ucaldıqları ali zirvə ilə Azərbaycana ərazi bütövlüyü bəxş etdikləri, düşmənə sarsıdıcı zərbələr endirdiklərinə diqqət çəkilib. Türkiyənin Gəncədəki Baş konsulluğunda da olan Emin Həsənli baş konsul Zəki Öztürklə iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərindən irəli gələn əməkdaşlıq münasibətlərindən danışıblar.
Nuru Paşanın Gəncədəki ev-muzeyi də ziyarət edilib. Nuru Paşanın yaşadığı bu evin onun silahdaşlarından birinin – Nağı bəy Şeyxzamanlının evi olduğu xatırladılıb.
- Baxış: 512