KepezTV Player
Vətən müharibəsində şəhid olan əsgər Orxan Yusubov Gəncə şəhərində dəfn olunub. Müharibənin ilk günündən itkin düşən şəhidin nəşi Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, şəhər İcra Hakimiyyətinin təmsilçiləri, hərbçilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yusubov Orxan Allahverdi oğlu 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun nəşinin tapılması haqda iyunun 3-də məlumat yayılıb.
- Baxış: 973