• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1682
— 03.06.2021 16:51

Suqovuşan su anbarının suvarmada rolu artırılacaq

KepezTV Player

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC işğaldan azad olunmuş ərazilərdə ilkin qiymətləndirmələr aparıb. Qurumun sədr müavini Rafiq Aslanov bildirib ki, Suqovuşan su anbarının ərazisinin minalardan təmizlənməsi nəticəsində 700-dən çox piyada əleyhinə mina və partlamamış sursat məhv edilib. Vaxtilə Suqovuşan su anbarı vasitəsilə Ağdam və Füzuli rayonlarındalı əkin sahələri suvarılıb. Rafiq Aslanovun sözlərinə görə, ölkədə suvarmanın mütəşəkkil aparılması üçün işğaldan azad olunan ərazilərin su infrastrukturunun təmir və bərpasına ehtiyac var idi. Təkcə Suqovuşan su anbarı kompleksinin altında 96 min hektar suvarılan ərazi var. Ərazi işğaldan azad olunandan sonra buradakı sudan qənaətlə və səmərəli istifadə edilməsinə başlanıb. Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy əraziləri bu kompleks vasitəsilə suvarılır. Hazırda bu kompleksdə təmir işlərinə start verilib, bu ilin sonuna qədər Suqovuşan su anbarının əsas bənd və ondan ayrılan 5,2 km magistral kanalında infrastruktur işləri yekunlaşacaq. Ümumiyyətlə, Suqovuşan su anbarında təmir işləri 3 mərhələyə bölünüb. Hazırda su anbarından saniyədə 22 kub su buxarılır.