Qafqaz Müsəlmanları İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. Dini ibadətlər ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən çox olmamaq şərtilə təşkil edilməlidir. Yalnız COVID-19 pasportuna malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. 14 yaşdan yuxarı olmayan uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu təqdim etməli, temperaturu yoxlanılmalı, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər. İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı gəlməli və ibadət bitdikdən sonra məscidi tərk etməlidirlər.
- Baxış: 326