KepezTV Player
Şəmkirdə 2016-cı ilin aprel döyüşlərinin şəhidləri olan xüsusi təyinatlılar barədə kitabların təqdimatı olub. “Şəhidlik zirvəsinin fatehləri” və “Murad ömrü” adlı nəşrlərdə döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlər barədə məlumatlar yer alır. Bu mövzuda 28 kitabın müəllifi olan Gülsüm Adilqızı hər bir şəhid ailəsində olaraq onlar barədə məlumat toplanıldığını, kitablarda yer alan məlumatların şəhid yaxınları üçün təsəlli olduğunu vurğulayıb. Bu kimi təqdimatların bir neçə rayonda reallaşdığı və kitabların ölkə üzrə kitabxanalara hədiyyə edildiyinə diqqət çəkilib. Eləcə də Şəmkir rayon mərkəzi kitabxanasına da nəşrlər təqdim edilib.
- Baxış: 386