• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 25.05.2021 12:57

Azad olunan ərazilərdə inventarlaşdırma işləri davam etdirilir

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə inventarlaşdırma işləri davam etdirilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir. Artıq 10 229 daşınmaz əmlak və 2 817 infrastruktur obyekti olmaqla, 13 046 əmlakın inventarlaşdırma işləri tamamlanıb. Bununla yanaşı, 1532 km avtomobil yolunun, 292 km elektrik, 45 km qaz və 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin inventarlaşdırılması başa çatdırılıb. 478 000 ha torpaq sahəsi elektron məlumat bazasına daxil edilib. Ümumilikdə, 10 rayon üzrə 168 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, 9 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub. Digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma işləri aparılacaq.