• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 25.05.2021 12:56

Azad olunmuş ərazilərimizdə yerləşən bölmələrdə tədbirlər keçirilib

KepezTV Player

Azərbaycan Ordusunun hərbi qulluqçularının ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün tədbirlər həyata keçirilib.Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının təşkil etdiyi tədbirlərdə müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim olunub. “Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə öz minnətdarlıqlarını bildiriblər. Şəxsi heyətə vətənpərvərlik mözusunda musiqi nömrələri təqdim olunub.