Bu gün Qaradağ rayonunun Səngəçal qəsəbəsində Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarının "N" saylı hərbi hissəsində təlim kursları davam etdirilib. Kurslarda minatəmizləmə texnika və qurğularının texniki xüsusiyyətləri, texnikaların istismarı, praktiki işləməsi və mina sahəsində partlayışların icrası ilə bərabər qəbulu nümayiş etdirilib. Minatəmizləmə texnikaları kurslarda minaların aşkarlanması və zərərsizləşdirilməsinə cəlb olunub. Məlumata görə, kurslara cəlb olunan heyətlər sonda serfikatlaşdırılacaq.Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimovun sözlərinə görə,Türkiyədən alınan 20 ədəd mexaniki minatəmizləmə texnikasının növbəti partiyası ölkəmizə gətirilib. Bununla bağlı təkrar olaraq kurslar təşkil olunub. Əvvəlki partiyada gətirilən texnikalar işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə cəlb edilib. Bu texnikalar da qısa müddətdə minatəmizləmə işlərinə cəlb olunacaq.Mühəndis Qoşunları tərəfindən indiyədək 6 min 200 hektardan artıq ərazi minalardan təmizlənərək aidiyyəti üzrə dövlət qurumlarına təhvil verib.
- Baxış: 222