Ermənistan hakimiyyətinin cinayətkar siyasəti sayəsində ordu qat-qat üstün qüvvəyə qarşı mübarizə apardı. Bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, 44 günlük Qarabağ müharibəsində məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır. Bu məğlubiyyətdə hazırkı hökumət başçısının sələfləri də təqsirkardır. Petrosyan bildirib ki, Paşinyanı ittham edənlər həqiqətin hamısının səsləndirmir: "1997-ci ildən başlayaraq Ermənistandakı bütün siyasi qüvvələr Qarabağda status-kvonun saxlanması və bütün kompromislərdən imtina siyasətini yürütdülər, nəticədə ölkəni bugünkü faciəyə gətirib çıxardılar. İndi isə bütün bunlarda Paşinyanı günahlandırırlar" - deyə sabiq prezident əlavə edib.
- Baxış: 316