YAP Gəncə Şəhər Təşkilatının, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Göygöl Milli Parkının dəstəyi ilə Kəpəz dağ silsiləsinə yürüş təşkil olunub. Əzəmətli dağ silsiləsində zirvələrdən birinə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adı verilib.
“Nizami Gəncəvi” ili ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunan yürüş 4 qrupun iştirakı ilə baş tutub. Peşəkar alpinistlərlə yanaşı, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, təşkilatın aktiv üzvləri, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də Göygöl Milli Parkının əməkdaşları Kəpəz dağının zirvəsinə qalxıblar. Dəniz səviyyəsindən 3080 metr yüksəklikdə yerləşən adsız zirvələrdən birinə Nizami Gəncəvinin adı verilib.
Naqif Həmzəyev millət vəkili: Bu gün təbiətsevər dostlarımızla Kəpəz dağ silsiləsinə səyahət etdik və burda Nizami Gəncəvi 880 zirvəsinin təsis edilməsində iştirak etdik. Və ümid edirik ki, bu zirvə bütün təbiətsevərlərin ən sevimli zirvəsinə çevriləcək. Və Kəpəz dağ silsiləsinə Bütün səyyahlar mütləq Nizami Gəncəvi 880 zirvəsini də ziyarət edəcəklər. Həmçinin bilirsiz ki, prezidentin sərancamı ilə Nizami Gəncəvi ili ilə əlaqədar olaraq çox mötəbər tədbirlər keçirilir ki, bu da həmin tədbirlərə bir dəstək məqsədilədir.
Tural Verdiyev YAP Gəncə şəhər Təşkilatının Baş məsləhətçisi: 2021- ci ilin 5 yanvar tarixində İlham Əliyevin sərancamı ilə 2021- ci il Nizami Gəncəvi ili elan olunub. Və onun 880 illiyinin əbədiləşdirilməsi ilə bağlı bu gün partiyamızın aktiv üzvləri ilə birlikdə kəpəz dağ silsiləsində onun adına bir löhvəni quraşdırdıq. Və ümid edirəm ki, bundan sonra da Gəncəlilərin və bu tərəfə gələn qonaqların daimi ziyarət etdiyi məkanlardan olacaq.
Peşəkər alpinistlərin rəhbərliyi altında səhər saatlarından start götürən yürüş müəyyən yerə qədər avtomobillərlə həyata keçirilib. Daha sonra qruplar zirvəyə qədər olan məsafəni piyada qət ediblər.
Arzu Kərimov iştirakçı:Çox gözəl hisslərdi ki, Kəpəz dağının zirvəsinə qonşu olan Nizami Gəncəvi zirvəsini təsbit etdik. Nizami Gəncəvi zirvəsi və kəpəz zirvəsi bu gündən sonra qoşa vüqarlanacaq.
Pərvin Abdullayev iştirakçı:Əsas məqsəq Azərbaycan poeziyasının mirvarisi sayılan Nizami Gəncəvinin adına, onun şərəfinə, həsr olunan Nizami löhfəsini burda birləşdirmək, bərkitməkdi ki, yəni bura artıq Nizami zirvəsi kimi tanınsın, bütün Kəpəz dağ sevərləri bura dəvət edirəm.
Ümid edirik ki, Nizami Gəncəvi zirvəsi, Nizami ilində və ondan sonra da çox sayda insanın ziyarət etmək istədiyi məkanlar sırasında dayanacaq.
Aişə Rzayeva
- Baxış: 694