• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 22.05.2021 12:34

Qarabağda "Qırmızı kitab"a düşən növlərə dəymiş ziyan müəyyənləşdirilir

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib ki,Azərbaycan torpaqları 30 il işğalda olduğu müddətdə fauna və floraya ciddi zərər dəyib: "Hətta işğal dövründə "Qırmızı kitab"a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə qarşı ekoloji terror törədilib. Hazırda bu məsələlər araşdırılır".Gələcəkdə azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması da nəzərdə tutulub.