• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 19.05.2021 18:45

Azərbaycana səyahət etmək istəyənlər üçün terror təhlükəsi mövcud deyil

KepezTV Player

Dövlət Təhlükəsizliyi Xidməti ABŞ-ın Azərbaycanda terror təhlükəsi ilə bağlı vətəndaşlarına ölkəmizə səfər etməmələri barədə tövsiyəsinə münasibət bildirib.Qurumun açıqlamasında deyilir: “Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub. Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb.Bununla əlaqədar bəyan edilir ki, Azərbaycan ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyil.