• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 19.05.2021 16:18

Gəncə hava limanında saxta koronavirus testləri barədə araşdırmalar başladı

KepezTV Player

"Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb". Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.