• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1130
— 19.05.2021 16:26

Baş Konsulluqda Atatürk anıldı

KepezTV Player

Türkiyənin Gəncədəki Baş Konsulluğunda “19 May Atatürkü anma, Gənclər və İdman Bayramı” günü münasibətilə tədbir təşkil olunub. Əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsi yad edilib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk əlamətdar günün tarixindən, əhəmiyyətindən bəhs edib. 19 may bayramı ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib. Sonda Gəncə Uşaq Evinin azyaşlı sakinləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Onların çıxışları maraqla qarşılanıb.