Video Player
  • KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 18.05.2021 12:22

Antiterror əməliyyatına hazırlıqla bağlı tapşırıqlar verilib

Video Player
KepezTV Player

Azərbaycan Ordusunda təlimlərin növbəti mərhələsində Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib. Təlimlərdə anti-terror əməliyyatları ilə bağlı qərar, qoşunların döyüş tapşırıqları və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib. Məruzələr dinlənildikdən sonra ehtiyatların və mərkəzi tabelikdə olan qoşunların anti-terror əməliyyatına bilavasitə hazırlığı, yenidən qruplaşmanın keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.