• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2352
— 08.05.2021 12:38

70 min manatlıq narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda qiyməti təxminən 70.000 manat olan heroin və tiryək dövriyyədən çıxarılıb. Satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elsevər Nəbiyev şəhər ərazisində saxlanılıb. Üzərindən bir ədəd kağız bükümdə, çəkisi 3 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin şəhər ərazisindəki  mənzilinə baxış zamanı isə oradan sellofan torbada, çəkisi 1 kq 30  qram olan heroin və sellofan bükümdə çəkisi 609 qram tiryək aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə istifadə etdiyini və satdığını etiraf edib. Barəsində cinayət işi başlanılıb.