Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Raqif Nuriyev saxlanılıb. Onun ayrı-ayrı vaxtlarda Hövsan və Binə qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurladığı məlum olub. Raqif Nuriyevin zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Digər bir əməliyyat zamanı isə rayon ərazisində yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev, Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutularaq istintaqa təqdim olunublar. Onların Suraxanı rayonunun əsasən Hövsan qəsəbəsində yeni tikilməkdə olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları məlum olub. Bu şəxslərin ev sahiblərinə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
- Baxış: 406