Azərbaycanın yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmaları Göygöldə təlim-məşq toplanışını davam etdirir. Güləşçilər ötən həftənin ilk günlərindən yerli Olimpiya İdman Kompleksində hazırlıq prosesi keçir.Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis də ölkəmizə dəvət olunub. Güləşçilər əcnəbi məşqçinin nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir. Pəhləvanlar qarşıdan gələn iki mühüm yarışa hazırlaşırlar. Milli üzvləri Azərbaycanı 19 - 25 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında və 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində təmsil edəcək. Qitə birinciliyində iştirak edəcək heyət sabah Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı Olimpiya Güləş Mərkəzində keçəcək. Digər güləşçilər isə Göygöldə hazırlığı davam etdirəcək.
- Baxış: 959