KepezTV Player
Göygöl rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranda toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb. Restoran sahibi barəsində isə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.
- Baxış: 598