• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 04.04.2021 19:10

Dominant rənglər: bənövşəyi, çəhrayı, zümrüdü

KepezTV Player

Klassik, çəhrayı, bənövşəyi və zümrüdü rənglər. Bütün bunlar bu ilin geyim tərzlərində dominat olacaq rənglərdir. Bəs bu il hansı üslublar dəbdə olacaq? 2021-ci ildə dəblə bağlı hansı yeniliklər gözlənilir? Bütün bu sualların cavabını növbəti sujetimizdə izləyəcəksiniz.

Moda - geyim, ayaqqabı, aksessuarlar, saç düzümü, makiyaj və hətta gündəlik həyatda istifadə etdiyimiz əşyaların, il ərzində populyarlığını müəyyən edən anlayışdır. Bir sözlə, moda elə həyatın özüdür. İstər kişi, istərsə də qadınların böyük əhəmiyyət verdikləri modada hər il fərqli yeniliklərlə bərabər, keçmiş illərin trendləri də yenidən gündəmə gələ bilər. Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın sözlərinə görə bu ilin modasında daxili turizmin də rolu az deyil.

Paltarlarda, aksesuarlarda və ayaqqabılarda hər il müxtəlif rəng və modellər məşhurluq qazanır. Trenddən asılı olmayaraq canlı rənglərdən istifadə isə insanın ruh aləminə müsbət təsir göstərir.

Uğurlu geyim seçimi uğura aparan yollardan biri hesab edilir. Geyimlərinizin rəngindən tutmuş, aksesuarlarınızın forma və ölçülərinə qədər hər şey vəhdət təşkil edirsə, deməli siz dəbli görünürsüz.