• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 04.04.2021 19:27

Qazilərlə görüş keçirilib

KepezTV Player

Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsi ikinci Qarabağ döyüşlərinin qaziləri ilə görüş keçirib. Birinci Qarabağ döyüşlərinin iştirakçılarının da qatıldığı görüşdə 44 günlük vətən müharibəsində qəhrəmanlarımızın hərb meydanında böyük şücaət göstərərək 30 ilə yaxın işğalda olan torpaqlarımızı azad etmələrindən danışılıb. Döyüş iştirakçıları ordumuzun bugünkü maddi-texniki bazasından, müasir silahlarla təminatından, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji vəziyyətinin yüksək olmasından bəhs ediblər. Görüşdə Vətən müharibəsi qazilərinə fəxri fərmanlar təqdim edilib.