• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 02.04.2021 12:08

Bölgələrdə də məktəblər bağlanacaq?

KepezTV Player

Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, tədrisin təşkili ilə bağlı qərar olduqda Təhsil Nazirliyi onu dərhal öz resursları üzərindən paylaşır və ictimaiyyətə bu barədə məlumat verir. Qeyd edək ki, pandemiya ilə əlaqədar oktyabrdan fevraladək ölkədə ənənəvi tədrisin təşkili dayandırılmışdı. Bu il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu. Lakin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin müvəqqəti olaraq, distant formaya keçirilməsi ilə bağlı qərar verilib.