KepezTV Player
Bu günə qədər Vətən müharibəsinin iştirakçısı olan 250-dən çox qaziyə əlillik təyinatı aparılıb. 511 qaziyə 2 400-dən yuxarı reabilitasiya vasitəsi təqdim edilib. 2020-ci ildə əlilliyin qiymətləndirilməsi üçün sistemə 80 mindən çox müraciət daxil olub. Onların yalnız 31 faizinə əlilliyin təyinatı aparılıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirovun sözlərinə görə, əlilliyin təyinatı ilə bağlı vətəndaşlar tərəfindən edilən şikayətlərin sayı az deyil. Göndərişdə stasionar, ambulator, diaqnostik müalicə ilə bağlı qeyd edilməyən məsələlər varsa, qiymətləndirmə zamanı ya natamam, ya da imtina cavabı verilir.
- Baxış: 357