• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 01.04.2021 17:46

Çindən vaksinin növbəti partiyası gətirilib

KepezTV Player

Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib. Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Azərbaycan Çin ilə imzalanan müqaviləyə əsasən, “COVID-19” pandemiyası əleyhinə ilk peyvənd partiyasını qəbul edib.

Peyvənd işlərini sürətləndirmək üçün iki ölkə arasında olan dostluq və əməkdaşlıq münasibətləri çərçivəsində qısa müddətdə 5 milyon doza vaksinin gətirilməsi ilə bağlı müqavilə imzalanıb. 10 gün ərzində artıq 500 min doza vaksin ölkəmizə gətirilib. Yaxın vaxtlarda Azərbaycana təmənnasız olaraq bir partiya Çin peyvəndi də göndəriləcək.