• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 30.03.2021 21:24

Deputatın təklifi müsbət qarşılanıb

KepezTV Player

Ölkəmizdə pandemiyanın vurduğu zərərdən kənardan qalmayan idman sahəsində yarışların keçirilməsini, zalların açılmasını dördgözlə gözləyənlər kifayət qədərdi. Təbii ki, sadalananların fəaliyyətini bərpa etməsi operativ qərargahdan asılıdı. Məşqçilər və idmançılarla yanaşı, bundan narahat olan səlahiyyətlilər də istəyir ki, bu məsələlər tezliklə həllini tapsın.

Bu yöndə ən çox təşəbbüslə çıxış edənlər sırasında Milli Məclisin İdman Komitəsinin Gəncədən olan deputatı Müşfiq Cəfərovu göstərmək olar. Millət vəkilinin bir neçə gün əvvəl idman zallarının açılması ilə bağlı operativ qərargaha təklif göndərildiyini açıqlaması Nizami yurdunun idman ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Ölkədə qapalı məkanlarda operativ qərargah tərəfindən restoran və kafelərin fəaliyyətinə müəyyən şərtlərlə verilən icazənin idman zalları üçün də keçərli olacağı düşünülür.

Hazırda futbol yarışlarının keçirilməsinə və futzalçıların zalda məşq etmələrinə icazə var. Belə olan halda həm idman növləri arasında balansı qorumaq, həm də idmançıların fiziki cəhətdən geri qalmamaları üçün zalların açılması təklifinin müsbət nəticələnməsi vacib hesab edilir.