KepezTV Player
Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb. Obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.Ümumilikdə 35 nəfərə protokol tərtib edilib.Toy sahiblərinin hər biri 400 manat, mərasimin təşkilinə şərait yaradan restoranın müdiri 4000 manat məbləğində cərimə olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami rayon Məhkəməsinə göndərilib.
- Baxış: 452