• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 30.03.2021 12:26

250-yə yaxın hərbçiyə əlillik dərəcəsi təyin edilib

KepezTV Player

İndiyədək Vətən Müharibəsində iştirak etmiş, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsi olan 250-yə yaxın hərbçiyə müvafiq əlillik dərəcəsi təyin edilib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə hərbi əməliyyatlarda iştirak edərək xəsarət almış hərbi qulluqçuların əlilliklərinin təyin edilməsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya tərəfindən müvafiq işlər davam edir. Agentliyinin İşçi qrupu Komissiyanın digər üzvləri ilə birgə paytaxt və regionlar üzrə yaralanmış hərbçilərin səyyar formada əyani müayinələrini həyata keçirir. Müayinələrin nəticələrinə dair aktlar tərtib edilir, hər bir müayinə prosesinin foto və videogörüntüləri toplanır.Hərbi qulluqçuların xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə müdafiə və ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr təqdim olunur. Bundan sonra Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların tibb müəssisələri tərəfindən göndəriş elektron sistemə daxil edilir. Yekun mərhələ olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin göndərişlərə baxılaraq əlilliyin qanunverciliyə uyğun operativ qiymətləndirilməsi həyata keçirilir. Əlillik təyinatları aparılmış hərbi qulluqçulara sosial ödənişlərin təyinatı da proaktiv şəkildə, elektron sistem üzərində aparılır.