• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1726
— 29.03.2021 09:39

MN Çöpədərə və Xudaverdili kəndlərindən videogörüntülər təqdim edib

KepezTV Player

Müdafiə Nazirliyi Zəngilan rayonunun Çöpədərə kəndindən videogörüntülər təqdim edib. 1993-ci ildə Ermənistan tərəfindən işğal edilən kənd 2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. Çöpədərə dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Çəpədərə kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınıb. Tədqiqatçılara görə, toponim çəp türk dillərində "xırda daşlı və qumlu, bitkisiz dağ yamacı") və dərə sözlərindən düzəlib, "xırda daşlı, qumlu, bitkisiz dərə" deməkdir.

Cəbrayıl rayonunun Xudaverdili kəndi Qarabağ silsiləsinin ətəyindədir. Məlumata görə, yaşayış məntəqəsini vaxtilə qonşu Hacılı kəndindən köçüb gəlmiş Xudaverdi adlı şəxs saldığına görə kənd belə adlandırılıb. Əsas təsərrüfatı heyvandarlıq olub. 1993-ci ildə Ermənistan tərəfindən işğal edilən Xudaverdili 30 oktyabr 2020-ci ildə düşmən tapdağından azad olunub.