Təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı günündə Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Gəncə Şəhər İdarəsi müasir üslubda və tələblərə uyğun inşa edilən yeni inzibati və yaşayış binalarından, eləcə də təsərrüfat təyinatlı tikililərdən ibarət kompleksdir. İdarədə DTX-nin kollegiya üzvlərinin, Gəncə Şəhər İdarəsinin və digər ərazi orqanlarının rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib. Gəncə Şəhər İdarəsinin əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan şərait, eləcə də müasir maddi-texniki təminat və təchizat yüksək qiymətləndirilib. Xidməti müşavirədə şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub, tələb və tövsiyələr çatdırılıb. Sonra xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıb.
- Baxış: 408