• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 27.03.2021 22:24

"Bugünkü yanaşma ÜST-ə inamı azaldır"

KepezTV Player

Dünya bir ildən çoxdur ki, böyük bir bəlayla üz-üzə qalıb - koronavirus bəlası. O virus ki, ən güclü dövlətlərin belə dizini yerə gətirdi. Səhiyyə, təhsil, iqtisadiyyat, turizm, idman kimi sahələrə ciddi ziyan vurdu. Qlobal problemin çözümü ölkələrdən birgə yanaşma tələb edirdi. Hər zaman dünyanın problemlərinə həssas münasibəti ilə seçilən Azərbaycan bu dəfə də biganə qalmadı. Pandemiya ilə ciddi mübarizəyə başlayan ilk ölkələrdən oldu. Koronavirusun yayılmasının qarşısının alınması, təhlükənin aradan qaldırılması istiqamətində bir sıra mühüm təşəbbüslərlə çıxış etdi. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə keçən ilin dekabrında BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiya keçirildi. Azərbaycan bununla kifayətlənməyərək 30 ölkəyə pandemiya ilə mübarizə məqsədilə humanitar yardımlar göstərdi. Ölkəmizin bu səyləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də hər zaman yüksək dəyər aldı. Bir sözlə, Azərbaycan koronavrusla mücadilə məqsədilə irəli sürülən bütün mütərəqqi təşəbbüsləri dəstəklədi. Dünyanı cənginə alan bəladan qurtulmaq üçün əlindən gələni əsirgəmədi. BMT-nin İnsan Hüquqları Şurasında məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından irəli sürülmüş vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə qəbul edildi. Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu. Gəl ki, zaman-zaman bir çox sahələrdə ikili standartlardan əziyyət çəkdiyi kimi, bu dəfə də eyni münasibətlə üzləşdi. Söhbət ondan gedir ki, COVAX Azərbaycana əvvəlcədən müəyyən edilmş qaydada vaksinlər təhvil verməli idi. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, hələ də bu vaksinlər Azərbaycana təqdim olunmayıb. Üstəlik son günlər COVAX tərəfindən Azərbaycana vəd ediləndən daha az sayda və qeyri-müəyyən müddətdə vaksin göndəriləcəyi barədə açıqlama verilib. Millət vəkili Müşfiq Cəfərov məsələyə münasibət bildirib. Qeyd edib ki, bu yanaşma ÜST-ə olan etimadı azaldır.