KepezTV Player
Xocavənd rayonu ərazisində silah-sursat aşkar edilib. Əməliyyatı Laçın Rayon Polis Şöbəsi əməkdaşları keçiriblər. Tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İQLA” zenit raket kompleksi, 1 ədəd “MUXA” markalı tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib.
- Baxış: 315