• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 25.03.2021 17:40

Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

KepezTV Player

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları isə Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər."BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamalıdır. Otuz il Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan Azərbaycan əraziləri talan edilməklə yanaşı, yandırılaraq məhv edilib. Bu ərazilər sözün əsl mənasında ekoloji fəlakət dövrü yaşayır.Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir", - deyə müraciətdə vurğulanır.