Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			18.03.2021 09:21		
		Baş infeksionistdən əhaliyə çağırış
KepezTV Player
					  
					  					  				Son günlər koronavirusa yoluxanların sayı kifayət qədər artıb. Yoluxanlar arasında xəstəxanaya yerləşdirilənlərin də sayında artım var. Bunu baş infeksionist Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda sosial şəbəkə üzərindən etdiyi çıxışında bildirib. Qeyd edib ki, ölkə ərazisində son 2 gündə yoluxma sayı minə yaxınlaşıb. Yoluxma hallarının çoxalması isə karantin qaydalarının sərtləşdirilməsinə gətirib çıxara bilər. Baş infeksionist qarşıdan gələn Novruz bayramında atılacaq qərarlardan asılı olmayaraq əhalini diqqətli olmağa çağırıb.
- Baxış: 193
 
