KepezTV Player
Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb.Sənəd kənd təsərrüfatı naziri İnam Kərimov ilə türkiyəli həmkarı Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüş zamanı imzalanıb. Həmçinin aqrar sahədə inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları, əlverişli investisiya mühiti, birgə layihələrin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının yenidən qurulması və inkişafı prosesində Türkiyənin iştirakı məsələləri ətrafında müzakirələr aparılıb. Sonda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 10-cu iclasının protokolu imzalanıb.
- Baxış: 249