Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cibgirlik edən şəhər sakini Rövşən İsmayılov saxlanılıb. Araşdırma zamanı onun qadınların cibindən və çantasından mobil telefonları oğurladığı müəyyən edilib.
Əvvəllər dəfələrlə məhkum olunmuş Rövşən İsmayılov cibgirliyi mart ayının 10-da sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda edib. İlkin dindirilmə zamanı İsmayılov törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları müxtəlif qiymətlərə satdığını bildirib.
Rövşən İsmayılovun digər şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polisə habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
- Baxış: 974