Qarabağın əzəli sahiblərinə qayıtmasında qazilərimizin də böyük əziyyəti, zəhməti var. Vətən uğrunda ən şirin nemətdən - cansağlığından keçən qəhrəmanlarımızdan biri - qazi Tural Xanəliyevi yaxından tanıyacağıq.
Xanəliyev Tural 2010-cu ildə Azərbaycan Silahlı qüvvələrində xidmət etməyə başlayır. Fəalliyəti dövründə hər zaman Ali baş komandanın döyüş əmrini gözləyib. “Bircə Qarabağ alınsın” deyə dua edərdi hər zaman. Deyir bu gün arzuları çin olub. Əzəli torpaqlarımızı azad görürəm və qürur duyuram ki, bu qələbədə mənim də payım var. Tural müharibənin ilk günü Murovdağ uğrunda gedən döyüşlərdə yaralanıb və saatlarla yaralı vəziyyətdə qalıb.
Əlverişsiz mövqedə qaldığı üçün təxliyəsi xeyli vaxt alıb. Hətta dağ yolu ilə, əsgərlərin köməyi ilə çıxanda yenə də ermənilərin atəşinə məzur qalıblar. Xanəliyev döyüş yoldaşlarına "Məni qoyub gedin, birdən sizə də mənə nə görə nəsə olar” deməsinə baxmayaraq, Azərbaycan əsgərinin birliyi burda bir daha özünü göstərib. Qazimiz deyir ki, həkimlərimiz də, mülki camaat da ən az əsgərlərimiz qədər birlik nümayiş etdiriblər.
İgid oğul dünyaya gətirən anamız deyir ki, ən sevindiyi an 10 noyabr tarixidir. O ki, qələbə xəbərini eşitdib, bilib ki, şəhidlərimizin və Turalın timsalında bütün qazilərimizin qani yerdə qalmadı.
Xanəliyev Turalın 2 oğul övladı var. Atalar qız uşaqlarını hər zaman çox istəsə də, dəyişilməz reallıqdır ki, yanında oğul görmək istəyərlər. Qazimiz də oğullarının özü kimi vətənpərvər böyüməsi üçün əlindən gələni edir. Elə iki gül bala da ataları ilə fəxr edirlər.
Xanəliyev Tural Ali Baş Komandan tərəfindən, "Döyüşdə fərqlənməyə" və "Kəlbəcərin azad olunmasına görə" medallarına layiq görülüb.
Nərgiz Əhmədqızı
- Baxış: 550