KepezTV Player
Azərbaycanda koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.İndiyədək ümumilikdə 239 692 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690 nəfərdir. Ölkədə son sutka ərzində 10 470, hazırkı dövrədək isə 2 701 181 test aparılıb.
- Baxış: 310