KepezTV Player
Müdafiə Nazirliyi Füzuli rayonunun Saracıq kəndindən videogörüntülər paylaşıb. Saracıq kəndi öz adını "saraycıq" sözündən alıb. XVIII əsrin ikinci yarasında yaranıb. Öncə yurd yeri оlub. Yaşayış məntəqəsi təqribən iki əsr əvvələdək indiki yerindən 4 km aralı, Şuşa şəhərinə gedən karvan yolunun kənarında yerləşib. Sonralar müxtəlif nəsillərə mənsub ailələr buraya köçərək yeni yaşayış məntəqəsini yaradıblar. Yerli əhalinin ehtimalına görə, kənd ticarət karvan yolunun kənarında, kiçik karvansaranın ətrafında salındığı üçün belə adlandırılıb və Saraycıq oykonimi "kiçik karvansara” mənasındadır.
- Baxış: 218