KepezTV Player
Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqlarla təminatına başlanıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirovun sözlərinə görə, ilk mərhələdə ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olan şəxslərə, sonrakı mərhələdə digərlərinə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq. Yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır. **Agentlik sədri əlavə edib ki, bu ilin ikinci rübündə Şəmkir və Qəbələdə reabilitasiya mərkəzləri açılacaq.
- Baxış: 201