5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə veloyürüş təşkil edilib. Heydər Əliyev park kompleksində Zəfər Tağının qarşısından başlayan yürüş Nizami prospekti və 28 may küçəsindən keçməklə Şəhidlər xiyabanına kimi davam edib. Yürüşdə 20-ə yaxın velosiped həvəskarı iştirak edib. Pedal ustaları yürüş zamanı üçrəngli bayrağımızı dalağalandıraraq, şəhidlərimizin ruhunu ehtiram yad ediblər. Yürüşün keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik hissinin aşılamaq, eləcə də şəhidlərin hər zaman qəlblərimizdə yaşadığını nümayiş etdirməklə yanaşı idmanın bu nöxünə olan marağı artırmaq olub. Yürüş marşurutu təyin olunan yerdə başa çatdıqdan sonra şəhidlər abidə kompleksi ziyarət edilib. Qarabağ müharibəsində şəhid olan həmvətənlərimizin qəbirləri üzərinə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.
Mürsəl Məmmədov həvəskar velosipedçi: Belə veloyürüşlərin çox olmasını istərdik. Şəhidlərin ruhu biz tərəfdən yad olunur. Allah şəhidlərimizədə rəhmət eləsin. Bizim yaşamağımız üçün onlar canlarından keçibdir.
Bəhlul Verdiyev həvəskar velosipedçi: Bu gün bizim bu yürüşün əsas səbəbi şəhidlərimizdir. Şəhidlərimizin ruhunu anmaq üçün bu yürüş təşkil olunub. Bizlər üçün : Əsas məqsəd sağlam həyat tərzini gənclər arasında təbliğ edilməsidir. Velosipedçilərin son dayanacağı Şəhidlər xiyabanı olud. Məqsəd şəhid olan əziz qardaşların ruhuna ehtiram, eyni zamanda şəhid idmançıların da ruhlarına ehtiram olaraq biz belə qərara gəldik ki, marşurutun son nöqtəsi bura olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların xatirəsi bizim üçün hər zaman əzizdir.
- Baxış: 839