KepezTV Player
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni çavuş Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib. Xəbərə görə 20 yaşlı hərbçinin anası Svetlana Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin səhv yazılmasından və medalın adi şəkildə təqdim edilməsindən narazıdır. "Mənim oğlum adi əsgər deyil, bizə belə medal da lazım deyil” deyə məhv edilən çavuşun anası qeyd edib. Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.
- Baxış: 159