KepezTV Player
Qarabağda atəşkəsdən sonra bölgənin təhlükəsizliyi üçün atıla biləcək addımlar Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gürcü həmkarı David Zalkaliani arasında müzakirə edilib. Çavuşoğlu keçirdikləri birgə mətbuat konfransında deyib ki, Türkiyə Azərbaycanın təklif etdiyi “3 plyus 3” platformasını dəstəkləyir. Sitat -Gürcüstanın bu məsələdə bəzi tərəddüdləri var, bunu anlayışla qarşılayırıq. Gürcüstanın da iştirak edəcəyi regional əməkdaşlığa dəstəyimiz artacaq. Biz Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığına əhəmiyyət veririk”- sitatın sonu.
- Baxış: 225