• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1843
— 25.02.2021 13:22

Uşaqları əyləncədən ayırmadan oxumağa necə alışdırmalı?

KepezTV Player

Belə bir deyim var: "Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin.”Dövr isə bir yerdə dayanmamağı, inkişaf etməyi, elmə yiyələnməklə dünyaya inteqrasiya etməyi tələb edir. Ona görə də uşaqları zamanında təhsilə yönləndirmək məsləhətlidir. Amma məlumdur ki, məktəb yaşına çatan balacaların əksəriyyəti oxumaqdan boyun qaçırır və “məktəb sindromu” yaşayırlar. Xüsusilə də məktəbə yeni qədəm qoyacaq birinci sinif şagirdlərinin hazırlığı daha mürəkkəbdir. Çünki onlar indiyə qədər alışıq olmadıqları sosial mühitə daxil olurlar. Təbii ki, bu mərhələdə bütün uşaqlar dəyişikliyə uğurla adaptasiya ola bilmir və müəyyən narahatlıqlar yaradır.Mütəxəssislər uşaqları əyləncədən ayırmadan oxumağa alışdırmağı məsləhət görürlər. Əvvəla uşağının kitab oxumasını istəyən valideyn özü də ona nümunə olmalıdır. Belə ki, valideynin kitab oxuduğunu görən uşağın da kitab oxumağa həvəsi yaranır. Ümumiyyətlə, uşağı düzgün tərbiyə etmək istəyən valideyn ona düzgün nümunə olmağı bacarmalıdır. Psixoloqlar məsləhət görürlər ki, uşaqla heç olmasa, 15 dəqiqə kitab oxunsa belə, onu tərifləmək lazımdır. Nəticədə gələn dəfə o, daha çox oxuyacaq. Uşağı tərifləməklə, hər oxuduğu kitaba görə kiçik hədiyyələr verməklə onların motivasiyasını artırmaq olar.