![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/qar__0.jpg?itok=xFUaLcTm)
Qərb bölgəsinə qarın yağması avtomobillərin hərəkətində problemlər yaradıb. Əsasən Gəncə-Qazax, Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy yollarında hava şəraiti ilə əlaqədar olaraq çətinliklər var. Yollar buz bağlayıb. Hazırda qarın yağması davam edir, Gəncədə də zəif yağıntı müşahidə olunur. Temperatur qar yağandan sonra -10 dərəcəyə yaxın aşağı düşüb. Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçıları maksimum diqqətli olmalıdırlar. Vacib zərurət olmadığı təqdirdə yola çıxmaq tövsiyə olunmur.
- Baxış: 278