• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 20.02.2021 20:26

Rus ailələri azad edilmiş ərazilərdəki doğma evlərinə qayıtmaq istəyir

KepezTV Player

Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra bir neçə rus ailəsi bu ərazilərə qayıtmaq üçün müraciət edib. Milli Məclisin deputatı,Azərbaycan Rus İcmasının sədri Mixail Zabelinin sözlərinə görə, indiyədək Goranboy rayonunun Rus Borisi kəndindən 15 ailə bu istəkdə olduğunu bildirib. Bundan başqa, Rusiyanın Krasnodar diyarından molokanlardan müraciət daxil olub. Bu ailələr əvvəllər Tərtər rayonunun işğal olunmuş Göyarx kəndində yaşayıb və erməni təcavüzü nəticəsində yaşadıqları yerdən qovulublar, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.

Deputat vurğulayıb ki, müraciət edənlər faktı təsdiq edən sənədlər və fotolar da göndərir.Müraciət edənlər doğma kəndlərinə qayıtmağa kömək göstərməyi xahiş edir. "Biz bu məsələni nəzərdən keçirəcəyik. Mən razılıq alınması üçün ölkə rəhbərliyinə və müvafiq strukturlara müraciət edəcəm" - deyə Mixail Zabelin qeyd edib.