• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1854
— 18.02.2021 13:18

Arıçılıq təsərrüfatı

KepezTV Player

Ölkəmizdə heyvandarlıq sahəsinin  perspektivli sahələrindən biri və ən önəmlisi arıçılıqdır. Uçan həşaratlar ailəsinə aid olan arıların dünyada 20 mindən artıq növünün olduğu qeyd olunur. Onlara  Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. On yeddi- on səkkiz gün ərzində arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara da xəbər verir və bu zaman birlikdə həmin yerə uçurlar. Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan ibarətdir.Koloniya halında yaşayan bu arı ailəsində əsas mövqeni ana tutur, digər işçi arılar və erkəklər dişi arının qulluğunda dururlar. Erkək arılar bal hazırlamaz. Onların ümumiyyətlə iynəsi belə yoxdur. Tək funksiyaları kraliça və işçi arıları mayalandırmaqdır. Arılar müхtəlif çiçəklərdən qida maddəsi tоplayıb оnları оrqanizmində yenidən işləyərək bal, vərəmum, mum, arı zəhəri, arı südü kimi qiymətli məhsullara çevirirlər.

Respublikamızda mövcud “Boz Qafqaz”, “Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.