• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 17.02.2021 19:34

Gəncədə ümumilikdə 3700 nəfər peyvənd olunub

KepezTV Player

Gəncədə yaşı 50-dən yuxarı olan şəxslərin və karonavirus xəstəliyinə qarşı vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. COVİD 19-a qarşı şəhərə 11 minə yaxın vaksin dozası gətirilib.

Gəncədə karonavirusa qarşı vaksinasiya 6 mərkəzdə aparılır. Yeni qeydiyyata alınan və ikinci doza vaksinin vurulması üçün müraciət edənlər həkim yoxlanışından keçdikdən sonra peyvənd otağına keçir.

Etibar Abbasov - sakin: 54 yaşım var. Poliknikaya müraciət etdim. Peyvəndimi vurdurdum. Hamıyada tövsiyyə eirəm ki, peyvəndləmə prosesindən geri qalmasınlar. Bu hər birimizin sağlamlığı üçün lazımdır. Dövlətimiz tərəfindən bizə göstərilən qayğıdır.

Dürdanə Muradova - sakin: Peyvəndlə bağlı gəlmişik vurdurduq. Özümüz vurdurmuşuk. Hələ ki yaxşıyam.

Vaksinasiya proesi başlayandan Gəncədə 2659 nəfərə peyvənd vurulub. Bununla paralel yaşı 65 yuxarı olan 922 nəfər şəxs COVİD-19-a qarşı immunitetini möhkəmləndirib.

Lalə Cəfərova - 2 saylı poliknikanın həkimi: Bu günə kimi 1200-ə yaxın doza almışıq və onun çoxunu vurmuşuq. Bu gün üçün 60-dan çox vaksinasiya işi başa çatıb. Bizdə iki kabinet vaksin kabineti fəaliyyət göstərir. Bu işə cəlb olunan 20 nəfər orta tibb işçisi vardı.

Saidə Musayeva - tibb bacısı: Yanvar ayının 20-dən etibarən vaksinator otağınad çalışırıq. Şəffaf şəkildə vaksinasiya olunur. Hamı könüllü cəlb olunur. Heç bir propblemlə üzləşməmişik. Çox yaxşı özlərini hiss edirlər.

Gəncədəki peyvənd mərkəzlərinin hər birində 3 həkim və 6 tibb işçisi xidmət göstərir.

Elnur Vahidoğlu