Azərbaycan dastanlarının böyük hissəsini qəhrəmanlıq dastanları tutur. Bu dastanlar xalqın həyatına təsir etmiş tarixi hadisələrdən, onun haqq-ədalət uğrunda mübarizəsindən bəhs edir. Bu dastanlar mövzusunu tarixdən götürsədə hadisələr olduğu kimi deyil, bədiiləşdirilmiş formada əks olunur. Yani dastan bizə mübarizənin özünü deyil, xalqın mübarizə əzmini, ruhunu yaşadır. Kitabi dədə Qorqud, Koroğlu, Qacaq Nəbi Qacaq Kərəm kimi dastanlar bu qəbildəndi.
Qəhrəmanlıq dastanları məzmununa görə 2 hissəyə bolünür. Klassik qəhrəmanlıq dastanları və qacaqcılıq dastanları.
Klassik qəhrəmanlıq dastanlarının əsas mövzusu daxili və xarici düşmənlərə qarşı mübarizə təşkil etsə də, bu mübarizənin başında bir şəxs durur.Bu fərd qəhrəman adlandırılır və süjet xətti onun ətrafında qurulur. O xalqın daxili və xarici düşmənlərə qarşı mübarizəsinə rəhbərlik edir və azadlıq ideyaları onun timsalında gercəkləşir.
Ona görə də qəhrəmanlıq dastanları təkcə estetik zövqü oxşamır, həm də gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında , milli birlik hisslərinin güclənməsində mühüm rol oynayır. Düşmənə qarşı vuruşmağın, vətəni, namusu qorumağın şərəfli bir iş olduğunu göstərir, ədalətdən vaz keçməməyi öyrədir. Qacaqcılıq dastanları isə XIX əsrin sonlarından etibarən haqsızlığa, ədalətsizliyə, çar rejimi və onun yerlərdəki məmurlarına qarşı mübarizə kimi başlasa da sovet dövründə genişlənərək azadlıq uğrunda mübarizəyə çevrilmişdi. Qacaqlar içərisində ən məhşur olanı Qacaq Kərəm, Qacaq Nəbi, Qaçaq Tanrıverdi və başqaları haqqında yaranan mahnılar, rəvayətlər sonralar aşıqlar tərəfindən bir araya gətirilərək onun əsasında qaçaqçılıq dastanları formalaşıb. Lakin bu parçalar dastan kimi tam dolğunlaşmamış, dastan poetikası baxımından rəvayətlə dastan, sözlü tarixlə dastan arasında duran nümunələr kimi nəzərdən keçirilir. Çünki qaçaqçılıq dastanları klassik dastan şəklindən çox uzaqdır.
- Baxış: 1709